Modern.az

Nazim Məmmədovun klinikasının direktoru həbs olundu

Nazim Məmmədovun klinikasının direktoru həbs olundu

Təhsil

8 Noyabr 2010, 15:54
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən hələ 8 iyul 2010-cu il tarixdə "Loğmed"MMC-də vergiləri ödəməkdən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyinin yaydığı məlumata görə, istintaq zamanı müəyyən edilib ki, klinika tərəfindən vergi orqanlarına təqdim olunmuş bəyannamələrdə 2008-ci ilin 3-4-cü rübləri və 2009-c ilin 11 ayı ərzində ümumi dövriyyə 45 min manat göstərilib. Həmin rəqəm yalnız xəstələrə göstərilən ambulator xidmətlərin nəzarət-kassa aparatına vurulan hissəsidir. Bu rəqəmlər NKA-ya vurulan çeklərdə öz əksini tapmış və 2009-cu ilin xəzinə kitabına işlənib. Göstərilən məbləğin əsas hissəsi qeyri-rəsmi qaydada işçilərin əmək haqlarına silinib. Yoxlamanın əhatə etdiyi dövrdə klinikada 495 xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılsa da, həmin əməliyyatlardan əldə edilmiş pul vəsaitləri rəsmi hesabatlarda göstərilməyib və klinikanın xəzinəsinə mədaxil edilməyib. Mütəxəssis rəyinə görə, klinikada 59.713,99 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınblar.

2010-ci ilin noyabr ayının 5-də "Loğmed" MMC-nin direktoru Kazımov Əlibala Abduləzim oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə Departament tərəfindən şübhəli şəxs qismində tutulub.

İstintaqla həmçinin müəyyən edilib ki, Məmmədov Nazim Hüseyn oğlu 28 sentyabr 2009-cu il tarixli müqaviləyə əsasən aylıq icarə haqqı 4 min manat olmaq şərtilə "Loğmed" MMC yerləşən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 65 ünvanındakı beş mərtəbəli binanın birinci mərtəbəsindəki 329,4 kv.m. ölçüdə qeyri-yaşayış sahəsini tibb müəssisəsi məqsədilə icarəçinin istifadəsinə verib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə