Modern.az

Deputat Nazim Məmmədov klinikasının direktorunun həbsindən danışdı

Deputat Nazim Məmmədov klinikasının direktorunun həbsindən danışdı

Təhsil

8 Noyabr 2010, 16:50

Vergilər Nazirliyinin yaydığı məlumata görə, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən hələ 8 iyul 2010-cu il tarixdən "Loğmed" MMC-də vergiləri ödəməkdən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.

2010-ci ilin noyabr ayının 5-də "Loğmed" MMC-nin direktoru Kazımov Əlibala Abduləzim oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə, Departament tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, bu klinika deputat Nazim Məmmədova məxsusdur.

Modern.az saytı məsələ ilə bağlı Nazim Məmmədova müraciət edib. Deputat bildirib ki, bu, yeni xəbər deyil: “Hadisə bu ilin noyabrın 6-da baş verib. Sadəcə onu deyə bilərəm ki, yəqin ki, yaxın zamanlarda Əlibala Kazımov azadlığa çıxacaq”.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə