Modern.az

Əli Həsənov: “Yanacaq verdiyimiz köçkünlərin sayını azaltmışıq”

Əli Həsənov: “Yanacaq verdiyimiz köçkünlərin sayını azaltmışıq”

Təhsil

8 Noyabr 2010, 17:29

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclasda çıxış edən baş nazirin müavini –“Dövlətqaçqınkom”un sədri Əli Həsənov bi ilin 9 ayında da qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlardan, müvafiq Dövlət Proqramından və ona edilmiş Əlavələrdən irəli gələn vəzifələrə uyğun işlər davam etdirilib.

Ə.Həsənov deyib ki, respublikanın müxtəlif bölgələrindəki 1647 məskunlaşma obyektlərinin çoxu uzun illərdi istismar olunduğundan onlar demək olar ki, yararsız hala düşüb, dam örtüklərinin, sanitar qovşaqlarının, su, elektrik, istilik xətlərinin təmirinə ehtiyac yarandığından dövlət büdcəsindən bu məqsədlə ayrılmış maliyyə vəsaiti hesabına Komitənin tabe tikinti təşkilatları tərəfindən ötən 9 ayda 41 obyektdə cari təmir işləri aparılıb, ilin sonunadək daha 8 obyektdə cari təmir işləri aparılması nəzərdə tutulub.

“Dövlətqaçqınkom” tərəfindən məcburi köçkünlərə humanitar yardımların paylanması da ötən müddət ərzində diqqət mərkəzində durub. Belə ki, yemək xərci müavinəti alan məcburi köçkünlərin siyahıları araşdırılaraq dəqiqləşdirildikdən sonra cari ilin sentyabr ayında 542 min 51 nəfərə aylıq yemək xərci müavinəti ödənilib.
Cari ilin ötən dövründə məcburi köçkünlərə paylanması üçün 20 rayon və şəhər icra hakimiyyətlərinə 522 min manatdan çox dəyərində olan sənaye məhsullarından ibarət humanitar yardım ayrılıb. Bununla yanaşı, kompakt halda yaşayan qaçqın və məcburi köçkün icmalarının, fərdi qaydada müraciət etmiş şəhid, əlil, itgin düşənləri olan və aztəminatlı ailələrin müraciətləri nəzərə alınaraq 198 ailəyə fərdi qaydada 152 min manatlıqdan çox sənaye məhsullarından ibarət humanitar yardım göstərilib.
”Dövlətqaçqınkom” tərəfindən qaçqın və məcburi köçkünlərə ümumilikdə yardımlardan əlavə bu müddətdə bu təbəqədən olan ailələrə eyni zamanda 262 ədəd odeyal, 196 ədəd çadır verilib. Yanacaq verilməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin sayı dəqiqləşdirildikdən sonra cari ilin oktyabr ayında 76179 ailəyə yanacaq verilməsi nəzərdə tutulub ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3746 ailə azdır.

Kollegiya iclasında qeyd edilib ki, hazırda Dövlət Proqramına Əlavələrin müvafiq bəndlərinin icrası ilə Ağdam rayonunun Quzanlı ərazisindəki fin tipli qəsəbədə və rayon ərazisindəki məktəblərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə həmin ərazilərdə tikilən 689 evdən ibarət olan qəsəbəyə və Yevlax rayonu ərazisindəki fin tipli qəsəbədə və rayon ərazisindəki məktəblərdə müvəqqəti məskunlaşmış 612 məcburi köçkün ailəsinin köçürülməsi məqsədi ilə bütün infrastrukturu ilə birlikdə Yevlax şəhərində salınmış 10 hündürmərtəbəli binadan ibarət yaşayış kompleksinə məcburi köçkün ailələrinin köçürülməsi üçün hazırlıq işləri aparılır.

Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə