Modern.az

YAP-ın çağırışına qulaq asmayıb deputat seçilən YAP-çı

YAP-ın çağırışına qulaq asmayıb deputat seçilən YAP-çı

Təhsil

8 Noyabr 2010, 18:09

Modern.az xəbər verir ki, Milli Məclisə keçirilən seçkilərdə namizədliyini müstəqil çəkildə irəli sürən bir YAP üzvü deputat mandatı qazanıb. 11 saylı Zaqatala –Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Kamilə Əliyeva bu dairə üzrə səslərin əksəriyyətini qazanaraq millət vəkili seçilib. Bu dairədə Yeni Azərbaycan Partiyasının vahid namizədi Zaqatala poçtamtının rəisi Namidə Süleymanova olub. 

Xatırladaq ki, seçki marafonu başlayandan sonra 18 nədər Yeni Azərbaycan Partiyasının üzvü müstəqil şəkildə seçkilərə qatılmışdı. Sonradan YAP-ın icra katibi Əli Əhmədov onlara müraciət edərək namizədliklərini geri götürməyə çağırdı. YAP bəyan etdi ki, namizədliklərini geri götürməyən partiya üzvləri YAP-dan çıxarılacaq. Bir müddətdən sonra vədini gerçəkləşdirən YAP çağırışa məhəl qoymayan 4 nəfəri partiya sıralarından qovdu. Görünür Kamilə xanımın bəxti gətirib.

Qeyd edək ki, MSK-nın rəsmi məlumatına görə, Kamilə Əliyeva 10004 seçici səsi toplayıb. YAP-ın vahid namizədi Namidə Süleymanova isə 3595 nəfər səs verib.  

1967-ci ildə anadan olan Kamilə Əliyeva Bakı Dövlət Unversitetinin müəllimidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə