ABŞ dövlət Departamentinin ölkəmizdə keçirilən parlament seçkilərinə verdiyi qiymətə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) reaksiya bildirib. XİN bildirib ki, Departamentin açıqlaması Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanıb:
XİN bildirir ki, beynəlxalq təşkilatların yaydığı sənəddə bəzi nöqsanlarla bərabər vurğulanır ki, seçki dinc və debat şəraitində keçirilib, bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələnib və müşahidə missiyaları məntəqələrin 90 faizində səsvermə prosesini müsbət qiymətləndiriblər.
Bu da onu göstərir ki, seçki bütövlükdə əhalinin etimadını qazanıb:
“Bununla yanaşı Azərbaycan hökuməti qeyd etməyi özünə borc bilir ki, demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi dövlətin əsas hədəfidir və bu istiqamətdə görülmüş pozitiv işləri təqdir etməklə bərabər, seçki prosesində müşahidə olunan bəzi nöqsanları Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ciddi araşdıraraq lazımi ölçü götürəcək”.