Modern.az

Zəlimxan Məmmədli Hüseynbala Mirələmovun saxta yolla seçildiyini bəyan edib

Zəlimxan Məmmədli Hüseynbala Mirələmovun saxta yolla seçildiyini bəyan edib

Təhsil

9 Noyabr 2010, 23:58

33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədli bəyanatla çıxış edib.
Modern.az-a daxil olan bəyanatda bildirilib:

“...33 saylı Xətai birinci seçki dairəsində bu vaxta qədər keçirilmiş seçkilərlə müqayisədə misli görünməmiş saxtakarlıqlarla müşayiət olunan seçki məzhəkəsinin şahidi olduq”. Bəyanatda seçki saxtakarlıqlarına dair faktlar sadalanıb, “karusel əməliyyatı”ndan istifadə olunduğu, icra nümayəndələri və bələdiyyə işçiləri seçkiyə birbaşa və dolayı yolla müdaxilə etdiyi vurğulanıb.

Z.Məmmədlinin seçki qərargahı bəyan edib ki, onların apardığı tədqiqatlar göstərir ki, Zəlimxan Məmmədli tam qalib olub, ancaq seçkilər YAP-ın namizədi Mirələmov Hüseynbalanın  xeyrinə saxtalaşdırılıb.
”7 noyabr 2010-cu il 33 saylı Xətai birinci Seçki Dairəsindəki seçki  nəticələri saxta hesab edilsin və nəticələri tanınmasın, nəticələrin ləğv edilməsi tələb edilsin;

MSK-dan bununla bağlı hüquq müstəvisində qiymət vermək tələb olunsun,

Total seçki saxtakarlığı Demoktatik qurumlar və beynəlxalq müşahidəçilərin nəzərinə çatdırılaraq bu prosesə biganə qalmamaları tələb edilsin”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə