Modern.az

Qənirə Paşayeva: “Atatürkü anmaq daha gözəldir, Atatürkü anlamaq ondan da gözəldir”

Qənirə Paşayeva: “Atatürkü anmaq daha gözəldir, Atatürkü anlamaq ondan da gözəldir”

10 Noyabr 2010, 19:51


Noyabrın 10-da Xəzər Universitetində millət vəkili Qənirə Paşayevanın “Dünyanın itirdiyi böyük insan” kitabının təqdimatı keçirilib. “Atatürkü anım” adlı ədəbi-bədii tədbirdə Qənirə Paşayeva ilə yanaşı, şair Zəlimxan Yaqub,  Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Türkiyə səfirliyinin nümayəndələri, Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşları, tələbələr və başqa şəxslər iştrak edib.
Modern.az-ın məlumatına görə, əvəlcə tədbirdə Atatürk haqqında  qısametrajlı filmə baxılıb.

Daha sonra professor Hamlet İsaxanlı çıxış edib. Bildirib ki, 10 noyabr tarixi Atatürkün vəfat etdiyi günüdür.
”Bu anım günü millət vəkil Qənirə Paşayevanın təşəbbüsu ilə geniş formada qeyd olunur. Hər bir xalqın mərkəzində onun tarixi şəxsləri dayanır, tarix isə tarixi yaşadanların üzərində qurulub. Dünyada kimdən soruşsalar bir türkün adını de, həmin şəxs  birinci Atatürkün adını çəkəcək”.

Millət vəkil Qənirə Paşayeva bildirib ki, biz dahilərimizi sevirik, ancaq yaxından tanış olmuruq. “Bu gün gənclərimizdə kitab oxuma meyli azalıb. Biz qəhrəmanlarımızı tanıtmaq üçün belə bir kitab hazırladıq. Atatürk Türk dünyasının fəxridir. Atatürk təkcə Türk dünyasının itkisi deyil, ümümilikdə dünyanın itkisidir. Atatürkü anmaq daha gözəldir, Atatürkü anlamaq ondan da gözəldir”.

Xalq şairi Zəlimxan Yaqub öncə Qənirə Paşayevanı yenidən millət vəkil seçilməsi münasibəti ilə təbrik edib. Sonra bildirib ki, Təhsil Nazirliyi bu kitabdan hər bir orta məktəbə çatdırmalıdır. Sonda isə Türkiyə səfirliyinin nümayəndələri və başqa qonaqlar çıxış ediblər. 

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı