Modern.az

İndi hamı Ali Məhkəmənin Plenumunu gözləyir...

İndi hamı Ali Məhkəmənin Plenumunu gözləyir...

Təhsil

11 Noyabr 2010, 11:28

Ali Məhkəmənin bu gün keçirilən plenumu həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı məsələyə baxacaq. Bu barədə Ali Məhkmədən Modern.az-a bildiriblər. Onunla bağlı hansı qərarın çıxarılacağı isə plenumun səlahiyyətindədir. Hazırda Azərbaycan Ali Məhkəməsinin plenumu işə başlayıb. Plenumda Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov da iştirak edir.

Eynulla Fətullayev 2007-ci ildəYasamal Rayon Məhkəməsinin qərarı ilə təhqirdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbs edilən Fətullayevə qarşı sonradan terrorçuluqla hədələmə, qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, vergidən yayınma ittihamları irəli sürülüb. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlər Məhkəməsi Eynulla Fətullayevə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Qaradağ Rayon Məhkəməsi ona yeni cinayət işi qaldırıb. 2010-cu ilin iyulunda Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlamaqda təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Eynulla Fətullayevin 2007-ci ilə aid iki iş üzrə Azərbaycan dövlətinə qarşı şikayətinə baxaraq ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə məhkəmə xərcləri ilə birgə 27 min 822 avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Oktyabrın 4-də Azərbaycan hökumətinin Böyük Palataya şikayətinə baxılıb və 22 aprel qərarı qüvvədə saxlanıb. Ali Məhkəmənin Plenumu bu məsələyə baxmalıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə