Rusiya prezidenti yanında uşaq huquqları üzrə ombudsman Pavel Astaxov həbcxanalarda cəza çəkən pedofilləri vaxtından əvvəl azadlığa buraxmağı və axtalanmağı təklif edib. Modern.az “EvroSMİ” qəzetinə istinadən bildirir ki, bu barədə Astaxov Moskvada keçirilən uşaq ombusmanlarının qurultayında bildirib.
Bundan başqa Astaxov bildirib ki, uşaqlarla bağlı seksual cinayətlərdə günahkar olanlara qarşı cəza sərtləşdirilməlidir. Ombudsman qeyd edib ki, pedofillər təkrar cinayət törətməyə meyilli olanlardır. “Onların 90 faizi bunu təzədən əl atır. Amerika alimləri araşdırma apararaq bildiriblər ki, əgər cinayətkarlar axtalansalar, bu faiz 2-3 – enəcək”-deyə Astaxov bildirib.
“Vaxtından əvvəl həbsxanadan çıxmaq istəyən pedofil konüllü şəkildə axtalanmasına razı olarsa, azadlığa çıxmaları mümkündür”-deyə ombudsman qeyd edib