Modern.az

Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin seçkilərə aid bəyanatından danışdı

Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin seçkilərə aid bəyanatından danışdı

Təhsil

11 Noyabr 2010, 14:25

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı başa çatan parlament seçkiləri barədə danışıb. Hakim partiyanın saytınü müsahibəsində o, ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən seçkilərlə əlaqədar yaydığı bəyanatını da şərh edib.

“Hesab edirəm ki, Departamentin hesabatı ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin məlumatları ilə ziddiyət təşkil edir. Məlumdur ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkiləri ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların təmsilçiləri müşahidə ediblər. Beynəlxalq müşahidəçilər uzunmüddətli missiya həyata keçiriblər, bütövlükdə seçki prosesini müşahidə ediblər, seçki günü də seçkilərin müşahidəsi həyata keçirilibdir. Bütövlükdə, ATƏT-in və Avropa Şurasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndələrinin yaydığı ilkin məlumatlarda qeyd olunub ki, seçkilərdə bütün siyasi partiyaların bərabər şəkildə iştirakı təmin edilib, seçkilər demokratik dəyərlərə uyğun şəkildə keçirilib, eyni zamanda, bütün namizədlərə debatlarda öz fikirlərini çatdırmaq üçün bərabər şərait və mühit yaradılıb. Həmçinin, seçkilərin gedişi ilə bağlı da beynəlxalq müşahidə missiyalarının yaydığı ilkin açıqlamalarda ciddi nöqsanların qeydə alınmadığı öz əksini tapıb. Belə olan halda, ABŞ Dövlət Departamentinin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının bəyanatları arasında ziddiyətləri görməkdəyik. Azərbaycan tərəfinin bununla bağlı münasibəti də bu yöndədir ki, Departamentin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının hesabatları üst-üstə düşmür. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla bağlı öz münasibətini ortaya qoyub. Azərbaycan tərəfi Departamentin hesabatını təəccüb və təəssüflə qarşılayır”.

M.Qurbanlı deyib ki, YAP bu seçkinin nəticələrini müsbət qiymətləndirir. İcra katibinin müavini müxalifətin seçkinin saxtalaşdırılmasına dair bəyanatlarına münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları radikalizmə yox deyib.
”Müxalifətin kontsruktivlikdən uzaq partiyalarının bu seçkilərdə böyük məğlubiyyətə uğramasının bir göstəricisidə budur. Radikallığı, qeyri-konstruktivliyi təbliğ edənlər, bunu təşviqatının mühüm komponenti hesab edənlər seçicilər tərəfindən boykot edildi”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə