Modern.az

“Cırınq...” “Bıy!”

“Cırınq...” “Bıy!”

11 Noyabr 2010, 15:04

Yadımızdadır..., biz uşaq olanda, Sovet vaxtı nazik, şüşə stəkanlar olardı, camaat karopka-karopka alıb saxlayardı ki, xeyirdə-şərdə lazım olur. Bir dəfə işlənəndən sonra karobkada üç-dörd stəkan qalardı, növbəti məclıisə ya təzəsin alardılar, ya da qonşuya müraciət edərdilər.
Qonşunun stəkanları da sınırdı, alıb ona da verməli olurdun.  Əlqərəz, babam rəhmətlik demişdi ki, bu stəkanlardan almayın, bunların arxasına “bıy” yazılıb, yəni, ən xırda ehtiyatsızlıqdan sınır.

Təəsüf ki, bu məmləkətin balını təkcə onu sevənlər sümürmür. Bal sümürən ziyanvericilərdən qoruna bilmirik, bizim canfəşanlığımıza baxıb qımışırlar, qımışanda da cəvcilərindən sümürdükləri nemət süzülür, yenə doymurlar. Onlar yeri gəldikcə düşmən ocağına neft də tökürlər...
Düşmən təhlükəli deyil, çünki düşmən olduğunu bilirsən. Təhlükəli bax bəzi harınlamışlardı...
Olar üçün nə namus, qeyrət, milli təəsübkeşlik, o anlayışların yerini çoxdan pul anlayışı ilə dəyişiblər.  

“2009-2019-cu illər Teatr Proqramı” bizi ümidləndirmişdi. Biz–deyəndə həm teatr əhlini, həm də ümumiyyətlə bu məmləkəti, onu hər şeyi ilə birgə sevənləri nəzərdə tuturam.
Bu proqramı uzun müddət “bişirdilər”. Ən görkəmli, teatr adamlarını cəlb etdilər ki, “2009-19-cu il teatr proqramı” ortaya çıxsın.
Uzun prosesdən sonra nəhayət ki, proqram təsdiq edildi. Onun həyata keçirilməsinə Milli Dram Teatrından başlanıldı. Teatr təmir olundu, xaricdən səhnə avadanlıqları gətirildi, xaricə təcrübə üçün mütəxəssislər göndərildi.
Teatrın yaradıcı kollektivi buraxılıb, komissiya yolu ilə yenidən yığılacaq.  Deməli əvvəl bu teatr akademik səviyyəyə çatdırılsın, sonra o birilərinə başlayacaqlar.  
Fikirləşirdik yaradıcı qrup mükəmməl olsa, repertuar siyasəti düzgün aparılsa, teatr yeni görkəmi ilə əvvəlki nüfuzunu bərpa edər.
Amma 2 gün əvvəl məlum oldu ki, aktyorları seçəcək komissiya müəyyənləşdirilib, quruma mədəniyyət nazirinin müavini Ədalət Vəliyev rəhbərlik edəcək. Rəsmilər seçimin ədalətli olacağını deyirlər...

Cırınq....”Bıy!”...

Yaman ümidlənmişdik, son illər ümidlərimiz də arxasına “bıy!” yazılib, o nazik, şüşə stəkanlar kimi ...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir