Modern.az

Hafiz Hacıyevdən İsa Qəmbərlə Əli Kərimliyə dəstək

Hafiz Hacıyevdən İsa Qəmbərlə Əli Kərimliyə dəstək

Təhsil

11 Noyabr 2010, 15:27

Parlament seçksində iştirak etmiş siyasi partiyalar və partiyaların seçki blokları rəsmən elan olunmuş nəticələri tanımadıqlarını bəyan ediblər.  Bununla bağlı noyabrın 10-da keçirilən toplantıda siyasi partiyalar və bloklar 7 noyabr Milli Məclisə keçirilən seçkinin nəticələrini tanınmaması, ləğv olunması, yeni parlament seçkisinin keçirilməsi tələbi ilə bəyanat imzalayıblar.

Qeyd edək ki, həmin bəyanatın imzalanması üçün AXCP-Müsavat bloku tərəfindən Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyevə də müraciət edilib.
Müasir Müsavat Partiyasının mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, Hafiz Hacıyev həmin müraciəti müsbət dəyərləndirib və bildirib ki, MMP-nin bu bəyanata imza atması ilə bağlı müraciətə partiyanın Siyasi Şurasında müzakirə edildikdən sonra cavab veriləcək. Artıq bu məsələ ilə bağlı partiyadaxili məsləhətləşmələr aparılır.

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə