Modern.az

Millət vəkilləri orta məktəbdə görkəmli alimlə görüş keçiriblər

Millət vəkilləri orta məktəbdə görkəmli alimlə görüş keçiriblər

12 Noyabr 2010, 10:12

Binəqədi  rayonunun  100 №-li  ümumtəhsil  məktəbində  görkəmli  alim, ictimai  xadim, Azərbaycan Milli Elmlər Akademiyasının  müxbir  üzvü, kimya  elmləri  doktoru, professor  Abbasov  Vaqif  Məhərrəm  oğlu  ilə  məktəbin  şagird  və  müəllim  kollektivinin  görüşü  keçirilib. Görüşdə  millət  vəkilləri  Qənirə  Paşayeva  və  Rəfail  Cəbrayılov, İTV-nin  Yayım  Şurasının  sədri  Cahangir  Məmmədli, əməkdar  artist  Tünzalə  Ağayeva da  iştirak  edib.

Görüşdə  şagirdlər  Vaqif  Abbasovun  həyat  fəaliyyəti  haqqında  danışıb, şerlərini  oxuyub, rəqslər  və  mahnılar  ifa  ediblər.

Vaqif  Abbasov, Qənirə  Paşayeva, Rəfail Cəbrayılov, Cahangir  Məmmədli  çıxış  ediblər. Görüşdə  şagirdlərin  mili-mənəvi  dəyərlərə  hörmət  və  vətənpərvərlik  ruhunda  tərbiyəsinin  vacibliyindən, müəllim  nüfuzunun  yüksəlməsi  sahəsində  tədbirlər  görülməsinin  əhəmiyyətindən  söhbət  açılıb.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?