MBASK Sığorta Şirkəti Toyota Prado avtomobilinin Sığortaçısına 8 200 AZN məbləğində iri sığorta ödənişi həyata keçirib. Bu barədə Modern.az-a şirkətdən məlumat verilib.
Cari ilin əvvəlindən MBASK Sığorta Şirkəti öz müştərilərinə 2 634 935 AZN-dən artıq məbləğdə ödəniş həyata keçirib, bunlardan 1 791 204 AZN-dən çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.
Qeyd etmək lazımdır ki, “Client Сare” xidmətinin həyata keçirilməsi çərçivəsində MBASK şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, MBASK şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlər göstərir, özünün özəl müştərilərinə isə MBASK şirkəti VİP-xidmət olunma xidmətini təklif edir.