Nikolay Rıjkov Azərbaycanın hazırlıq apardığını və sülh dnışıqlarının ermənilər üçün məqbul olmayacağı barədə işarələr verib
Dağlıq Qarabağ münaqişəsinin həlli dalana dirənib. Modern.az-ın məlumatına görə, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında Rusiya Dövlət Dumasının Ermənistanla parlamentlərarası komissiyasının həmsədri Nikolay Rıjkov bildirib. Onun sözlərinə görə, Qarabağ problemi ilə bağlı situasiya çox mürəkkəbləşib.
“Biz hiss edirik ki, sizin və bizim qonşular əlləri qoynunda otumayıblar. Hazırlıq aparırlar. Hesab edirəm ki, problemin həlli üçün hər hansı konstruktiv həll mümkün olacaq. Amma ermənilər konstruktivlikdən kənara çıxan qərarları necə qəbul edəcək? Bu barədə mənim ciddi şübhlərim var”-deyə Rıjkov bildirib.
Rıjkov deyib ki, əgər vəziyyət gərginləşərsə, o zaman parlamentlərarası qrup buna münasibətini açıqlayacaq.
Qeyd edək ki, N.Rıjkov SSRİ zamanında mühüm dövlət postunda olub. 1988-ci lldə Dağlıq Qarabağ hadisələri başlanan zaman birmənalı olaraq Ermənistanın mövqeylərini müdafiə edib. SSRİ Nazirlər Sovetinin sədri olan N. Rıjkov o zaman bir neçə dəfə Ermənistana səfər etmişdi.