Azərbaycanlı qaçqınların nümayəndələri Gürcüstana gedir
Noyabrın 23-24-də Gürcüstanın paytaxtı Tiflisdə Osetiyadan, Abxaziyadan qaçın düşən gürcü qaçqınlarının qurultayı keçiriləcək. Azərbaycandan 150 nəfər məcburi köçkün qurultaya qatılacaq. Bu barədə Modern.az-a QAT sədri Akif Nağı məlumat verib. Onun sözlərinə görə, ermənilər bu qurultaya dəvət edilməyib. Qurultayın təşəbbüs qrupu bildirib ki, Cənubi Qafqazda insanların yürd-yuvalarından didərgin düşmələrinə səbəb ermənilər olub və ona görə də onların qurultayda iştirakı arzu edilməyib.
Qurultayda beynəlxalq təşkilatın Gürcüstanda yerləşən nümayəndələri də qatılacaq.
Modern.az