Modern.az

Tiflisdə “Qafqaz xalqlarının məhkəməsi” olacaq...

Tiflisdə “Qafqaz xalqlarının məhkəməsi” olacaq...

Təhsil

13 Noyabr 2010, 16:34

Gürcüstanda “Qafqaz xalqları İttifaqı” ictimai birliyi yaradılıb. Modern.az “Georgia Times” qəzetinə istinadən bildirir ki, bu günlərdə təsis yığıncaını keçirən ittifaqa Gürcüstanda yaşayan rus, azərbaycanlı, erməni, osetin, abxaz, avar, vaynax və çərkəz xalqlarının nümayəndələri daxildir.

Təşkilatın sədri Mamuka Areşidze bildirib ki, diqqəti Qafqaz xalqlarına cəlb etmək üçün “ işlək layihələr” olmalıdır. Onlardan biri “Qafqaz xalqlarının məhkəməsi” dir. Bu layihə çərçivəsində Qafqazda olan münaqişələr, həmçinin tarixi hadisələr müzakirə ediləcək. Təsisçilər bildiriblər ki, onların fəaliyyəti gürcü hakimiyyəti tərəfindən mənəvi şəkildə dəstəklənir. 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə