Ermənistan ordusunun Ağdamda keçirdiyi hərbi təlimlər Azərbaycanda birmənlı qarşılanmayıb. “Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi bununla bağlı mövqeyini acıqlayaraq hərbi təlimləri və Ermənistan prezidentinin təlimlərdə iştirakını pisləyb.
Modern.az –a açıqlamasında icmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Ağdamda keçirilən təlimləri çox pis qarşılayıblar. “Sərkisyan özbaşına bu təlimlərin keçirilməsinə qərar vermək gücündə olan adam deyil. Onun heç vaxt öz mövqeyi olmayıb”-deyən B.Səfərovun sözlərinə görə, belə hərbi təlimlər ermənilərin və Sərkisyanın iç üzünü daha yaxşı göstərir.
“Biz problemin sülh yolu ilə həllinə tərəfdarıq. Prezident İlham Əliyev bunu dəfələrlə bəyan edib. Əgər sülh danışıqları fayda verməsə o zaman müharibə qaçılmaz olacaq”.
B.Səfərov bildirib ki, Sərkisyanın hərbi təlimlərli əslində onun niyyətini və erməni cəmiyyətini hara aparmaq istəməsinin göstəricisidir.
B.Səfərov bununla yanaşı bildirib ki, Ermənistanın bu kimi təlimləri heç kimi qorxutmur və əsaslı sayıla bilməz. “Bizim güclü ordumuz var. Kifayət qədər döyüşçülərimiz var. Cənab prezidentin əmrini gözləyən bu güclü ordu düşmənə istənilən zərbəni vurmağa qadirdir”.
B. Səfərov bildirib ki, Azərbaycanın hərb sahəsindəki keçmiş uğursuzluğu erməniləri arxayın etməməlidir.
“Biz o zaman döyüşə lazımınca hazırlığımız olamayıb. Amma indi erməniləri darmadağın etməyə gücümüz kifayət qədərdir”.
Qeyd edək ki, erməni silahlı qüvvələri işğal edlimiş Ağdam rayonunda keçirdikləri geniş miqyaslı hərbi təlimlər Azərbaycan ordusunun nəzarətində olan mövqelərin yaxınlığında keçirilir. Bu təlimlərdə Serj Sərkisyan və Ermənistanın müdafiə naziri Seyran Ohanyan iştirak edib.
Modern.az