Modern.az

Xəzəryanı ölkələrin 3-cü sammiti...5 dövlət rəhbəri bu gün Bakıda görüşəcək

Xəzəryanı ölkələrin 3-cü sammiti...5 dövlət rəhbəri bu gün Bakıda görüşəcək

18 Noyabr 2010, 09:58

Bu gün Bakıda Xəzəryanı ölkələrin sammiti keçiriləcək. Sammitdə Azərbaycan, İran, Rusiya, Qazaxıstan, Türkmənistan prezidentləri iştirak edəcəklər. Sayca 3-cü sammitdə məqsəd neft və qazla zəngin dənizin statusunu müəyyən etməkdən ibarətdir.

BBC-nin məlumatına görə, Xəzər dənizinin hüquqi statusu İranla keçmiş Sovet İttifaqı arasında 1921 və 1940-cı illərdə imzalanmış iki sazişlə müəyyən edilib. O zamanlar bu iki sənəd imzalananda Xəzərdə cəmi iki sahilyanı dövlət var idi - İran və Sovet İttifaqı. Sovet İttifaqının süqutundan sonra əvvəlki siyasi palitra dəyişdi və SSRİ-nin yerinə Xəzər dənizinin sahilində yerləşən 4 yeni dövlət yarandı - Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan və Azərbaycan. Və həmin o illərdən, yəni 1990-cı illərdən başlayaraq dəniz suları, dənizin dibi və bu hövzədə olan neft və qaz ehtiyatlarının bölünməsi, idarə edilməsi və istismarı üçün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair danışıqlar vüsət aldı.

Bu məsələ indiyə qədər həll olunmayıb və heç bir bölüşdürmə prinsipi razılaşdırılmayıb. Çünki hələlik mövcud olan İran-Sovet sazişlərinin bir neçə təfsilatı var. Tərəflər beynəlxalq qanun prinsiplərinin Xəzər dənizinə şamil edilməsi qaydalarında bir ümumi razılığa gələ bilmirlər.

Xəzər dənizi qapalı su hövzəsidir. Daxili duzlu sular hövzəsi olduğu üçün Xəzərə coğrafi baxımdam dəniz kimi yanaşılsa, BMT-nin 1982-ci ildə qəbul edilmiş “Dəniz Qanunu” əsas götürülməlidir. Lakin yenə də coğrafi baxımdan qapalı su hövzəsi olduğundan Xəzərə göl kimi yanaşılsa, onda hüquqi baza tamam başqa cür olur. Və onda sərhədyanı göllərə aid beynəlxalq qanunlar nəzərə alınmalıdır.

Hər bir halda hansısa ölkələr udur, hansısa ölkələr uduzur.

Azərbaycan, Qazaxıstan və Türkmənistanın Xəzər dənizindən başqa heç bir digər su hövzəsinə çıxışı yoxdur. Bu 3 ölkə istəyir ki, yeni saziş onların Xəzər dənizinin sahilyanı zolağının uzunluğuna mütənasib olaraq dənizdən, necə deyərlər, onlara pay ayrılmasını nəzərdə tutsun. Sahilyanı zolağı daha qısa olan İran isə istəyir ki, Xəzər dənizinin səthi sahilyanı ölkələr arasında sahəcə bərabər sektorlara bölünsün və hər bir ölkəyə dəniz səthinin 1/5 qədər pay düşsün. Kondominimum adlı bu hüquqi həll variantına əsasən, Xəzər dənizi bütün sahilyanı ölkələr tərəfindən bərabər olaraq istifadə ediləcək. Bu, tarixən Rusiya və İranın tutduğu mövqe idi.

Xəzər dənizi ölkələrinin ilk sammiti 2002-ci ildə keçirildi. O sammitdə dənizin demarkasiyası, hüquqi statusu və hüquqi rejiminə dair heç bər sənəd qəbul edilmədi.

Xəzəryanı ölkələrin ikinci sammiti 2007-ci ildə keçirildi. Orada da heç bir irəliləyiş əldə olunmadı, lakin yekunda birgə bəyannamə qəbul olundu. Bu bəyannamədə Xəzəryanı ölkələrin dəniz ehtiyatlarının səmərəli istismarı və iqtisadi əməkdaşlığın genişlənməsi, ələxüsus, enerji və nəqliyyat sahəsəndə əməkdaşlığı elan edildi.

Bu gün Baklıda başlanacaq sammit artıq sayca 3-cü zirvə görüşüdür. Bu dəfə də ümumi razılığın əldə ediləcəyi ehtimalı cüzi görünür. Bundan başqa, bu dəfə ənənəvi yaxın olan Rusiya və İranın mövqeləri bir qədər fərqli və biri-birindən uzaqdır.

Bu iki ölkə üçün Xəzər dənizinin bölünməsi - ehtiyatların istismarı və kommersiya maraqlarından daha çox geosiyasi mətləblərlə bağlıdır. Bu ölkələrin hər birində quruda karbohidrat ehtiyatların həcmi nəhəngdir, ona görə də dənizdəki enerji ehtiyatların məsələsi onları az maraqlandırır.

Lakin indi onların arasındakı fikir ixtilafı - Rusiyanın İrana S-300 tipli raketləırin satılmasından imtina etməsi və nüvə proqramına dair məsələdə BMT Təhlükəsizlik Şurasında İranın əleyhinə səsverməsindən sonra yaranıb. Ona görə də hər iki ölkə Bakı sammitinə ki, qarşılıqlı münasibətlərdə müşahidə olunan gərginlik şəraitində gəlir. Sabah Rusiya və İran prezidentlərinin Bakıda görüşü gözlənilir. Lakin uzaq perspetivdə Bakı sammitinin tərəqqi ilə başa çatacağına ehtimallar azdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır