Modern.az

Dövlət Statistika Komitəsi: "Bitkiçilik məhsullarının istehsalı 10,1 faiz azalıb"

Dövlət Statistika Komitəsi: "Bitkiçilik məhsullarının istehsalı 10,1 faiz azalıb"

Təhsil

18 Noyabr 2010, 11:03

Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, noyabrın 1-nə kimi tarlalardan qarğıdalı ilə birlikdə 1999 min ton taxıl, 953,5 min ton kartof, 1157,4 min ton tərəvəz, 560,2 min ton meyvə və giləmeyvə, 433 min ton bostan məhsulları, 108,3 min ton üzüm, 3,1 min ton tütün, 179 min ton şəkər çuğunduru, 530,5 ton yaşıl çay yarpağı toplanıb. Operativ məlumatlara əsasən noyabrın 1-nə kimi 28,1 min ton pambıq toplanıb emal müəssisələrinə təhvil verilib.

Bitkiçilik məhsulları ilə yanaşı heyvandarlıq məhsullarının istehsalında da artım qeydə alınıb. İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 271,7 min ton ət, 1281,1 min ton süd, 992,9 milyon ədəd yumurta və 15,3 min ton yun istehsal olunub. 2009-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6,9 faiz, süd istehsalı 7,6 faiz, yumurta istehsalı 0,1 faiz, yun istehsalı 3,1 faiz artıb.

Beləliklə bitkiçilik sahəsində məhsul istehsalı 10,1 faiz azalıb, heyvandarlıq sahəsində 6,4 faiz artıb, kənd təsərrüfatının ümumi məhsulu isə ötən ilki səviyyədən 3,8 faiz aşağı olub.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır