Modern.az

Blogger Adnan Hacızadə həbsdən azad edildi

Blogger Adnan Hacızadə həbsdən azad edildi

18 Noyabr 2010, 12:29

Noyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi blogger Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxıb.

Məhkəmə onun cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Adnan Hacızadə digər blogger Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı müraciəti birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir