Modern.az

Allahşükür Paşazadə Əhmədinejada hədiyyə verdi

Allahşükür Paşazadə Əhmədinejada hədiyyə verdi

18 Noyabr 2010, 14:47

Noyabrın 18-də İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olub.
Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.
Prezident Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olub. Məlumat verilib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmış, burada onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub.
Sonra prezident Mahmud Əhmədinejad kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verilib.
Prezident Mahmud Əhmədinejad burada nümayiş olunan qədim kitablara baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Ali qonağa xatirə hədiyyələri təqdim olunub.
Görüş kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında davam etdirilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir