Modern.az

Facebook istifadəçilərinə yeni xəbər

Facebook istifadəçilərinə yeni xəbər

18 Noyabr 2010, 16:47

Facebook sosial şəbəkəsinin tərtibatçıları Facebook Messages yenilənmiş ismarış mübadiləsi sistemini təqdim edib. Yeni xidmət poçt servisi funksionalı, vahid ismarış tarixçəsi imkanı, eləcə də daxilolan ismarışların intellektual filtrasiya sistemindən ibarətdir.
Facebook Messages sosial şəbəkədə bundan əvvəl mövcud olan çat və şəxsi məktublar qutusu (inbox) kimi ismarış mübadiləsi alətlərini özündə birləşdirir və buraya elektron poçtla uyğunluq imkanı əlavə edərək onları vahid bir həllə inteqrasiya edir. Hər bir istifadəçi @facebook.com arxalı ünvan əldə edir ki, buraya istənilən elektron poçtdan məktub göndərmək mümkündür.

İstifadəçi bu ismarışları real zaman rejimində alır və onlara dərhal və ya sonra cavab yazmaq imkanı əldə edir. Facebook tərtibatçıları hesab edir ki, belə vəziyyətdə elektron poçtla ünsiyyətlə real zaman rejimində (internet-messencer və ya SMS) ünsiyyət arasında yaranan sərhəd silinmiş olur.
Yeni sistemin təqdimat mərasimində çıxış edən Facebook-un təsisçisi və rəhbəri Mark Sukerberq qeyd edib ki, onun sosial şəbəkəsi digər iri poçt servisləri ilə birbaşa rəqabət aparmaq niyyətindən deyil. "Facebook-un yeni imkanları elektron poçtun rəqibi olmayacaq, bu sistem elektron poçtun da tərkib hissəsi olduğu yeni ünsiyyət növü yaratmalıdır”.
Sistemin tətbiqi bir neçə ay davam edə bilər. Bu müddətdə istifadəçilər sistemin sınaqdan keçirilməsinə dair dəvətlər alacaq.
Bu gün, internetin ən iri sosial şəbəkəsinin tətbiq etdiyi yeniliyin populyarlıq qazanıb-qazanmayacağına dair hər hansı bir şərh vermək çətindir, bununla belə analitiklərin sözlərinə görə, Qlobal Şəbəkənin yeni görünüşünün formalaşdırılması hüququ uğrunda mübarizə davam etməkdədir. Yeni sistemin ərsəyə gətirilməsi Gmail, Hotmail və Yahoo! kimi nəhəngləri təkmilləşməyə vadar edəcək.
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir