Modern.az

İlham Əliyev Dmitri Medvedevi qəbul edib

İlham Əliyev Dmitri Medvedevi qəbul edib

18 Noyabr 2010, 17:10

Azərbaycan prezidenti İlham Əliyev bu gün Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısında iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya prezidentini Dmitri Medvedevi qəbul edib. “İnterfaks Azərbaycan”ın xəbərinə görə, görüşdə Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda fəal iştirakına görə rusiyalı həmkarına minnətdarlığını bildirib.

“Bizim görüşümüz mütəmadi mahiyyət daşıyır və biz münasibətlərimizi detallı şəkildə müzakirə etmək imkanı əldə edirik. Mən sizə bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirakınıza görə təşəkkür etmək istəyirəm”, - deyə İlham Əliyev vurğulayıb.

Azərbaycan prezidenti bildirib ki, Medvedevin prosesdə şəxsi iştirakı vacib və müsbət rol oynayır.

“Ümid edirəm ki, bu prosesi irəlilətmək və bu regionda sülh və təhlükəsizliyi təmin etmək mümkün olacaq”, - deyə Azərbaycan prezidenti qeyd edib.

İlham Əliyev bunun yalnız beynəlxalq hüquq prinsip və normalar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr, həmçinin beynəlxalq bəyannamələrdə əks olunan prinsiplər əsasında mümkün ola biləcəyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar