Modern.az

Rusiya prezidenti Bakıda sensasiyalı təklif irəli sürdü

Rusiya prezidenti Bakıda sensasiyalı təklif irəli sürdü

18 Noyabr 2010, 17:53

Dmitri Medvedev Bakıda ABŞ-a “daş atdı”



Bakıda keçirilən Xəzəryanı ölkələrin sammitində çıxış edən Rusiya prezidenti Dmitri Medvedev bölgənin təhlükəsizliyini təmin edilməsi üçün Xəzər hövzəsi dövlətlərinə yeni regional struktur yaratmağı təklif edib. “Əlaqələrimizin səviyyəsi faha effetktli iş üçün yeni formatların yaradılmasına imkan verir”-deyə Pusiya prezidenti bildirib.

Medvedev Xəzər dənizinin statusu ilə bağlı aparılan işdə əməkdaşlığın zəifləməsindən də narahatlığını ifadə edib. “Üç illik fasilə bizim ümumi dialoqumzun xeyrinə deyil. Biz nəinki mütəmadi görüşməliyik, artıq yeni sənədləri ortaya qoymalıyıq. Əgər biz hansısa  məqamda birgə fəaliyyətimizi zəiflətsək, bizim məsələlərlə başqa dövlətlər məşğul olmaq istəyəcəklər. O ölkələr ki, onların bu regiona heç bir aidiyyatı yoxdur. Bu ölkələr üçün region özlərinin iqtisadi və siyasi maraqlarını təmin etmək məqsədi daşıyır”. 

Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin “Gənclik” iqamətgahında Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı keçirilır.

APA-nın məlumatına görə, prezident İlham Əliyev zirvə toplantısına qatılan Xəzəryanı ölkələrin prezidentləri - Dmitri Medvedev, Mahmud Əhmədinejad, Qurbanqulu Berdıməhəmmədov və Nursultan Nazarbayevi qarşılayıb. Qarşılanma mərasimindən sonra ölkə başçıları iqamətgahda dövlət bayraqları fonunda birgə şəkil çəkdiriblər.

Daha sonra dövlət başçılarının zirvə görüşü başlayıb. Sammitdə açılış nitqi söyləyən prezident İlham Əliyev Xəzərin hüquqi statusunun müəyyən olunmasında konsensusa gəlməyin vacibliyini qeyd edib. O bəyan edib ki, Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsində razılığa gəliblər: “Bu gün Xəzəri dostluq dənizinə çevirmək üçün beş sahilyanı ölkənin iqtisadi əməkdaşlığını gücləndirmək lazımdır”.
Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının ilk zirvə toplantısı 2002-ci il aprelin 23-24-də Aşqabadda, ikinci sammit isə 2007-ci il oktyabrın 16-da Tehranda keçirilib.

Bakı sammitində ölkə başçıları Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparacaqlar. Prezidentlərə imzalanmaq üçün iki sənəd təqdim olunub, bunlar birgə bəyanat və Xəzərdə təhlükəsizlik sahəsində saziş layihələridir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı