Modern.az

Milli Məclis Fərəc Quliyevin təklifini bir dəfə müzakirə edib...

Milli Məclis Fərəc Quliyevin təklifini bir dəfə müzakirə edib...

19 Noyabr 2010, 19:23

“Azərbaycan parlamentində Güney Azərbaycan məsələsini daima qaldıracam”. Bu sözləri Milli Məclisə yeni seçkilərdə qalib gəlmiş Fərəc Quliyev  “GünazTV”-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Borçalı, Dərbənd, Qarabağ, Güney Azərbaycan məsələsi hamımızın problemidir və məsələyə də bu prizmadan baxmaq lazımdır.

“Azərbaycan parlamentində Güney Azərbaycan məsələsini daima qaldıracam və xüsusilə, güneydə həbs edilən, işgəncələrə məruz qalan soydaşlarımızın məsələsini beynelxalq insan hüquqları təşkilatlarının diqqətinə çatdıracam”-deyə o vurğulayıb.

F.Quliyev Qarabağla bağlı da aktiv olacağını vəd edib. O, bildirib ki, hələ həbsdə olarkən münaqişənin həlli ilə bağlı parlamentdə müzakirə olunan 93 təklifdən birinin müəllifi o olub.

“Bundan sonra da parlamentdə fəaliyyətim dönəmində sistemli, problemin həll edilməsi istiqamətində təklifləri səsləndirəcəm və daim olaraq bu, məsələ fəaliyyət dövrümüzdə prioritet olacaq”-deyə F.Quliyev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?