Modern.az

“Eurovision-2011”: Azərbaycanda finaçılar məlum olur

“Eurovision-2011”: Azərbaycanda finaçılar məlum olur

Mədəni̇yyət

20 Noyabr 2010, 16:33


Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin seçilməsi üçün keçirilən birinci həftənin yarışmasında final mərhələsinin ilk iştirakçısı məlum olub. Bu, 19 yaşlı Çingiz Mustafayevdir.
Milli seçimlər Avropa Yayımlar Birliyinin (EBU) qaydalarına uyğun keçirilir. İlk həftənin sonuncu günündə Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, tanınmış stilist Anar Ağakişiyev, eləcə də Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu “Ogae-Azerbaijan”ın üzvləri iştirak ediblər.
Yarımfinal mərhələsi bundan sonra 6 həftə davam edəcək. Hər həftə 11 namizəd yarışacaq. Qaydaya görə, səsvermə yolu ilə 11 iştirakçıdan 1-i finala vəsiqə qazanacaq.
Xatırladaq ki, Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi hər həftənin sonunda finala keçmiş 7 nəfər arasından seçiləcək.
 
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır