Modern.az

Yazıçı Çingiz Abdullayevin “imza günü”...

Yazıçı Çingiz Abdullayevin “imza günü”...

20 Noyabr 2010, 21:47

Noyabrın 20-də “Əli və Nino” kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin yeni kitabının “imza günü” keçirilib.
Moskvanın “Eksmo” (“Эксмо”) nəşriyyatında rus dilində on min tirajla çapdan çıxmış “Qələbə mehrabı” (“Altar pobedı”) kitabı gənc azərbaycanlı döyüşçü Füzuli Hüseynovun döyüş yolundan bəhs edir. Əsərin qəhrəmanı F.Hüseynov beynəlmiləl ordunun tərkibində Əfqanıstanda, Rakistanda döyüşçü-kəşfiyyatçı kimi fəaliyyət göstərib.
Müəllifin bu kitabı gənclərin böyük marağına səbəb olub.
Vətənin hüdudlarından kənarda 28 dildə kitabları nəşr olunmuş yazıçı bu günü özünün ən xoş günü adlandırıb.
“Bəzən deyirlər ki, gənclər kitab oxumur. Bu gün mənim gördüklərim məni sevindirir”,- deyən yazıçı kitablarını öz imzası ilə tələbə gənclərə bağışlayıb. 
100 nəfər oxucunun iştirakı ilə keçirilmiş görüşdə yazıçı daimi oxucularının, gənclərin, tələbələrin ona ünvanlanan suallarını cavablandırıb və onlarla xatirə şəkli çəkdirib. 
Azərbaycan dilində nəşr olunan kitablarının qonorarından imtina edən yazıçı rus dilində çıxan kitablarının satışı miqyasına görə Ginnesin rekordlar kitabına düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir