Modern.az

Prezident Neft Akademiyasına gəlib

Prezident Neft Akademiyasına gəlib

Təhsil

23 Noyabr 2010, 15:55


Noyabrın 23-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. (AzərTAc)
1920-ci ildə Bakıda fəaliyyət göstərən texniki məktəbin əsasında Avropa və Asiyada neft-qaz və kimya sənayesi sahələrində ilk ali təhsilli mütəxəssis hazırlığına başlayan indiki ADNA 90 il ərzində dünyanın qabaqcıl ali texniki məktəbləri səviyyəsinədək inkişaf yolu keçib.

Bu tədris ocağı hazırda 24 istiqamət üzrə bakalavr və magistr pillələrində mütəxəssis hazırlayır. Bu ilin fevralında Prezident İlham Əliyev ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, akademiyanın 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı Sərəncam imzalamışdı.
Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyev lektoriya zalı və ADNA-nın tarix muzeyi ilə tanış olub. Azərbaycan Prezidenti akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.
Mərasimdə ADNA-nın rektoru Siyavuş Qarayev, Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov, Rumıniyanın Neft və Qaz Universitetinin rektoru Vlad Ulmanu və digər qonaqlar çıxış edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə