“Azərbaycansız bu geniş bölgədə enerji məsələləri öz həllini tapa bilməz”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Neft Akademiyasındakı çıxışı zamanı deyib. Prezident qeyd edib ki, Azərbaycanın bu sahədə siyasəti birmənalıdır. İ.Əliyev bildirib ki, ölkəmiz öz enerji resurslarından ancaq əməkdaşlığın dərinləşməsi üçün çalışır.
“Biz heç vaxt başqa məqsədlərlə öz enerji imkanlarından istifadə etməmişik və etməyəcəyik.
Ancaq bölgədə ölkələr arasındakı dostluq münasibətlərinin gücləndirilməsi üçün, öz milli maraqlarmızı təmin edilməsinə və Azərbaycanın qüdrətlənməsi üçün istifadə edirik və edəcəyik”-deyə prezident vurğulayıb.