Modern.az

Qubad İbadoğlu: “Gəlilərin açıqlanmasında əldə olunmuş nailiyyət korrupsiyaya qarşı mübarizənin tərkib hissəsidir”

Qubad İbadoğlu: “Gəlilərin açıqlanmasında əldə olunmuş nailiyyət korrupsiyaya qarşı mübarizənin tərkib hissəsidir”

Təhsil

24 Noyabr 2010, 18:24

Bu günlərdə Tailandın paytaxtı Banqkokda keçirilən 14-cü Beynəlxalq Anti-Korrupsiya Konfransı başa çatıb. Bu konfrans anti-korrupsiya təşəbbüsləri baxımından dünyanın ən böyük tədbiri hesab edilir və dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən dəstəklənir.

İki ildən bir keçirilən bu konfransda 135-dən çox ölkədən yüzlərlə nümayəndə bir araya gəlir. Azərbaycan QHT nümayəndələrinin bir qrupu da bu konfransda iştirak edib. Konfransda müzakirə olunmuş məsələlər, irəli sürülmüş təşəbbüslərlə bağlı orada iştirak etmiş İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu suallara cavab verir.

- Qlobal maliyyə böhranından sonra dunyada baş verən ərzaq böhranı, qlobal istiləşmə problemi, təhlükəsizlik məsələləri korrupsiya ilə mübarizədə yeni istiqamətlər açır. Bundan əvvəlki konfranslardan fərqli olaraq bu dəfə şəffaflıq və qlobal miqyasda inamın artmasi məsələsi diqqət mərkəzində idi. Eyni zamanda minilliyin çağrışlarının məqsədlərinə nail olunması, yeni təhdidlər korrupsiya ilə mübarizə ilə əlaqəli şəkildə müzakirə olunurdu. Qlobal istiləşmənin idarəolunması, korporativ hesabatlılıq, enerji bazarları, resurslarla zəngin ölkələrdə şəffaflıq, təhlükəsizlik məsələləri qlobal çağrışlar kimi konfransda müzakirə olunan məsələlərdən idi. Qlobal miqyaada konfransa böyük diqqət var idi, 35 ölkədən 1500 nümayəndə iştirak edirdi. Konfransın qarşısında çox ciddi və əhəmiyyətli vəzifələr dururdu. Bu vəzifələrin həlli üçün düşünürəm ki, konfransda yeni ideyalar, təşəbbüslər irəli sürüldü.

- Konfrans korrupsiyaya qarşı mübarizənin hansı aktual məsələlərini qarşıya qoydu?

- Bu konfransda çoxlu maraq qrupları iştirak edirdi, hökumət nümayəndələri, şirkətlərin təmsilçiləri, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların nümayəndələri konfransa qatılmışdılar. Onların hər birinin konfransa öz münasibəti varıydı, amma əsas məsələ bunların birayra gəlməsi və müzakirələr aparması idi. Bu konfransda mən bir şeyin şahidi oldum, bütün müzakirələrdə vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə rolu qabardılırdı, xüsusilə vurğulanırdı ki, korrupsiyaya qarşı mübarizə yalnız hökumətin işi deyil. Xüsusilə vətəndaş cəmiyyəti bu məsələdə fəal və əhəmiyyətli rol oynamalıdır, yəni maksimum genişləndirilməlidir. Konfransda səslənən fikirlər bu mənada qlobal bir çağrış idi. Beynəlxalq Maliyyə Korporasiyasının, Asiya Bankının, Dunya Bankının nümayəndələrinin çıxışında bu fikirlər xüsusilə vurğulandı.

- Siz sessiyaların birində çıxış etmisiniz, məruzəniz hansı mövzuda idi? Hansı məsələləri vurğuladınız?

- Mən daha çox Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünun tətbiqi məsələlərindən danişdım. Bu məsələlərə həsr olunmuş müzakirələrdə Azərbaycanın da adı çəkildi. Qeyd olundu ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünun 5 tamhüquqlu üzvündən biridir. Mən mədən sənayesində şəffaflıqla bağlı əldə etdiyimiz uğurlardan danışdım. Korrupsiya qarşı mübarizə ilə bu məsələlərin əlaqəsindən söz açdım. Azərbaycanda bu sahədə əldə olunan naliyyətlərin Beynəlxalq Şəffaflıq Təşkilatının İndeksində nəzərə alınmamasının təəssüf doğurdunu vurğuladım. Gəlilərin açıqlanmasında əldə olunmuş naliyyətlər, korrupsiyaya qraşı mübarizənin tərkib hissəsidir və bu addımlar qiymətləndirilməlidir. Qeyd etdim ki, neft resusları ilə zəngin olan Azərbaycan kimi ölkələrdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi üçün təşəbbüslər olamalıdır. Bu təşəbbüslər ona gorə vacibdir ki, neft gəlirləri üzərində vətəndaş nəzarəti təmin olunsun, bu gəlirlər korrupsiya məqsədlərinə yox, xalqın rifahina xidmət etsin.

Bundan başqa bir panel toplantıda İqtisadi Tədqiqatlar Mərkəzi olaraq Azərbaycan Respublikasında Güzgü statistikası və xarici ticarət göstəricilərinin əsaslandırılması layihəsi çərşivəsində apardığımız tədiqaqatin nəticələri barədə məlumat verdim. Bu panel beyin mərkəzlərinin hökumətin korrupsiyaya qarşı mübarizə siyasətinə həsr olunmuşdu. Korrupsiyaya qarşı mübarizədə bu tədqiqatların əhəmiyyətindən danışdım, qeyd etdim ki, bu tədqiqatlar hökumə anti-korupsiya siyasətini düzgün müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə fəaliyyəti daha geniş dəsətklənməlidir.

- Necə düşünürsünüz bu konfransdan sonar vətəndaş cəmiyyəti institutlarının korrupsiyaya qarşı mübarizədə rolunun artıtılması ilə bağlı real təşəbbüslər olacaqmı?

- Bu konfrasların xarakterik cəhətlərindən biri də odur ki, hər il korupsiyaya qarşı mübarizədə fərqlənən şəxslər mükafatlandırılır. Bu il diqqət çəkən məqamlardan biri də o oldu ki, bu mükafatı -Ləyaqət mükafatını alan şəxslərin hamısı vətəndaş cəmiyyəti institutlarının nümayəndələri idi. Bu mükafata iki nəfər Şri-Lankadan, Rusiyadan, Qabondan nümayəndələr layiq görüldülər. Bu özü də vətəndaş cəmiyyəti nümayəndələrinə verilən böyük önəmdən söz açır. Bu konfrans göstərdi ki, korrupsiyaya qarşı mübarizə də daxil olmaqla, qlobal təhdidlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu, əhəmiyyəti qlobal miqyasda dərk edilir. Bu konfransda aydın oldu ki, korrupsiyaya qarşı mübarizə artıq əlahiddə, spesifik bir sahə kimi qəbul olunmur və artıq qlobal təhdidlərlə bir səviyyədə öyrənilir, ona qarşı mübarizə aparılır.

Düşünürəm ki, bütün bunlar vətəndaş cəmiyyətinin korrupsiyada da daxil olmalqa, qlobal təhdidlərə qarşı mübarizədə, onların qarşısının alınmasında rolunun artırılması üçün yeni təşəbbüslərə təkan verəcək. Bu konfransın, burada səslənən fikirlərin vətətndaş cəmiyyəti institutlarının fəaliyyətinin daha geniş miqyasda dəstəklənməsində rolu olacaq. Həm qlobal səviyyədə, eyni zamanda milli hökümətlər, beynəlxalq təşkilatlar tərəfindən.

anticornet.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə