Modern.az

Xarici işlər nazirinin yeni müavini təyin olunub

Xarici işlər nazirinin yeni müavini təyin olunub

Təhsil

29 Noyabr 2010, 19:01

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin yeni müavini təyin edilib.

Yeni nazir müavini Nadir Sabir oğlu Hüseynov 1960 - sentyabrın 11-də Gəncə şəhərində anadan olub. 1983 – Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirib.

1988-1991 – ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olub, 1991 –cu il noyabrın 6-da Kiyev Dövlət Universitetində tarix elmləri namizədi elmi dərəcəsi alıb.

1983-1992 – ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttişi, baş müfəttişi, şöbə müdiri vəzifələrində çalışıb.

1992-1998 – ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini olub.

1998-2010 – cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi işləyib.

2002 –ci il yanvarın 12-də N.Hüseynova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir dərəcəsi verilib.

2010 – cu il noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.
İngilis, rus dillərini bilir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü