Modern.az

Gənclər üçün Təhsil Mərkəzi Müəllimlər İnstitutunun tələbələrini bir araya gətirib

Gənclər üçün Təhsil Mərkəzi Müəllimlər İnstitutunun tələbələrini bir araya gətirib

Qarabağ

30 Noyabr 2010, 13:54

Gənclər üçün Təhsil Mərkəzi ölkəmizdə fəaliyyət göstərən əksər ali məktəblərdə silsilə görüşlər keçirir. Növbəti belə görüş Azərbaycan Müəllimlər İnstitutunda təşkil edilib.

Əsas məqsədi Mərkəzin 10 illik fəaliyyəti barədə tələbələri məlumatlandırmaq və təklif etdiyi xidmətlərlə tanış etmək olan silsilə görüşlərin növbəti ilin iyun ayına qədər davam etməsi planlaşdırılır.

Görüşü Mərkəzin direktor müavini Elnur Axundov açaraq, Mərkəzin tələbələr üçün təşkil etdiyi imkanlar haqqında geniş söhbət açıb.

Daha sonra Mərkəzin 10 il keçdiyi şərəfli yola həsr olunmuş kiçik film və beynəlxalq mübadilə proqramlarında iştirak imkanları haqqında təqdimatlar nümayiş olunub.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara zəruri informasiya materialları paylanıb.

Qeyd etmək lazımdır ki, Gənclər üçün Təhsil Mərkəzi artıq 5 ildir ki, tələbələrlə bağlı birbaşa proqram və layihələr həyata keçirir. Belə ki, Mərkəz Azərbaycanda ilk dəfə olaraq “Tələbə Qrant Proqramı” vasitəsi ilə tələbə qruplarının layihələrini maliyyələşdirib, ilk və pulsuz paylanan “Tələbə” qəzetini buraxıb, tələbə radiosunun yaradılmasına kömək edib və tələbələrin beynəlxalq təcrübə mübadiləsinə şərait yaradıb.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır