Modern.az

Umud Rəhimoğlu Mark Harevardı Tərtərə aparıb

Umud Rəhimoğlu Mark Harevardı Tərtərə aparıb

Qarabağ

30 Noyabr 2010, 15:08


UNICEF-in mandatına uyğun olaraq qurumun Azərbaycan nümayəndəsi cənab Mark Harevard və əməkdaşı Kənan Məmmədli Tərtər rayonuna səfər ediblər. Səfərin əsas məqsədi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin dəstəyi ilə həyata keçirdiyi “Tərtər rayonunda mina qurbanları və müharibədən zərərçəkənlər üçün Regional Peşə Təlim Mərkəzi yaradılması” layihəsi çərçivəsində keçirilən təlim prosesini izləmək, BAMF-ın regiondakı fəaliyyəti və eləcədə də Tərtər rayonundakı məktəbəqədər və orta təhsil müəssisələrinin vəziyyəti ilə tanışlıq olub.

Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, noyabrın 29-da qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüblər. M.Harevard V.İsayevə regiona səfərlərinin məqsədi barədə məlumat verib. Qonaq deyib ki, UNİCEF müharibədən zərər çəkmiş regionlarla işləməyə xüsusi önəm verir. Bu səbəbdən də Tərtər rayonu, o cümlədən də müharibədən zərərçəkmiş ərazilərdə müxtəlif layihələr həyata keçirən BAMF-ın fəaliyyəti onların diqqətini cəlb edibdir.

V.İsayev isə Tərtər rayonu, rayonda aparılan işlər, eləcə də QHT-lərin fəaliyyətindən danışıb. BAMF haqqında da danışan V.İsayev Fondun rayonda gerçəkləşdirdiyi layihələrdən söz açıb. O, BAMF-ın fəaliyyətini QHT-lərlə dövlət strukturlarının əməkdaşlığının nümunəsi kimi xarakterizə edib. İcra başçısı Tərtər rayonunda vətəndaş cəmiyyəti nümayəndələrinə daim dəstək olduqlarını və bundan sonra da bu işi davam etdirəcəklərini qeyd edib.

Noyabrın 30-da cənab M.Harevard və K.Məmmədli Tərtər rayonun Azad Qaraqoyunlu kəndindəki orta məktəbə və Seydimli kəndindəki uşaq bağçasına da baş çəkiblər. M.Harevard hər iki təhsil müəssisəsinin vəziyyəti ilə yaxından tanış olub.

Sonra M.Harevard BAMF-ın həyata keçirdiyi layihə nəticəsində inşa edilən Tərtər Regional Peşə Təlimi Mərkəzinin ofisinə gedib. O, layihə çərçivəsində keçirilən təlim prosesini izləyib. Onlar Çörəkbişirmə, Tinqçilik, Xalçaçılıq və Kompyüter təlimlərini müşahidə ediblər. M.Harevard təlimçilərə və müdavimlərə müzakirələr aparıb.

Səfərin sonunda M.Harevard U.Rəhimoğlu başda olmaqla BAMF-ın proqram rəhbərləri ilə

görüşüb və səfər təəssüratlarını bölüşüb. BAMF-ın həyata keçirdiyi layihələrdən razı qaldığını deyən qonaq görülən işlərin çox əhəmiyyətli və vacib olduğunu bildirib: “Müharibə regionunda  çətin şəraitdə yaşayan insanlar arasında görülən bu işləri biz çox yüksək dəyərləndiririk. Güman edirəm ki, BAMF-la UNİCEF arasında birgə əməkdaşlıq üçün kifayət qədər imkanlar var. Və biz bu imkanlardan yararlanaraq müharibədən zərərçəkmiş insanlara dayaq olmalıyıq”.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı