Modern.az

11 ay ərzində 73 əsgərimizi itirmişik

11 ay ərzində 73 əsgərimizi itirmişik

Qarabağ

2 Dekabr 2010, 17:04

2010-cu ilin 11 ayında Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda itkilər 73 nəfər təşkil edib. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Döyüş itkiləri 18, qeyri-döyüş itkiləri isə 55 nəfər olub. 12 nəfərin intihar etdiyi, 7 nəfərin xəstəlikdən, 18 nəfərin düşmən gülləsindən, 15 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 1 nəfərin donvurmadan, 17 nəfərin təyyarə və avtomobil qəzalarından, 3 nəfərinsə müəmmalı hal nəticəsində həyatlarını itirdiyi bildirilir.

Verilən məlumata görə, 2010-cu ildə Azərbaycanın 82 hərbi qulluqçusu yaralanıb və ya müxtəlif bədən xəsarətləri alıb. Ötən dövrdə 18 nəfər düşmən gülləsindən, 23 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 2 nəfər mina partlayışından, 39 nəfərsə avtomobil qəzasından yaralanıb və ya xəsarət alıb.

Qeyd edək ki, göstərilən rəqəmlər “Doktrina” Mərkəzinin KİV və EİV üzərində apardığı araşdırmalar nəticəsində üzə çıxıb. Bu rəqəmlərin təkmilləşmiş versiyası yaxın vaxtlarda “Doktrina” mərkəzinin 2010-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərə dair ümumi hesabatında əks olunacaq.

Xatırladaq ki, 2010-cu ildə Ermənistan ordusunun 44 hərbçini itirdiyi, onlardan yalnız 7-sinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində dünyasını dəyişdiyi bildirilib. Bu rəqəmləri Helsinki Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts açıqlayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir