Modern.az

Jurnalistlərdən nazir Azad Rəhimova qeyri-adi təklif

Jurnalistlərdən nazir Azad Rəhimova qeyri-adi təklif

6 Dekabr 2010, 15:22

“Respublika stadionu  milli qoruq elan olunsun!”

“Jurnalistlər Sülh Ugrunda” İctimai Birliyi ölkə futbolunda yaşanan proseslərlə baglı açıqlama ilə çıxış edib. Qurumun rəhbəri Mətləb Salahovun  məlumatına görə, jurnalist təşkilatı gənclər və idman naziri Azad Rəhimova Tofiq Bəhramov adına Respublika stadionunun  qapadılması və milli qoruq  elan edilməsi ilə baglı məktub yollayacaq:
“Biz hesab edirik ki, artıq ölkə futbolunda baş verənlər o dərəcədə qabarıq şəkil alıb ki, bu problemlər cəmiyyət miqyasında hər kəsi  narahat edir. Futbol klublarının peşəkarlıqdan uzaq olan fəaliyyətləri, xüsusi ilə böyük büdcələrə sahib olan və Avropa miqyasında çıxış edən əksər futbol klublarımızın elementar qaydalara cavab verən stadionlara malik olmaması beynəlxalq futbol arenasında bizim adımıza xoş olmayan bir mənzərə yaradır. Təsəvvür edin ki, ölkənin ən imkanlı, böyük büdcələrə malik olan əksər futbol klublarının  meydanları yoxdur. “Xəzər-Lənkəran” futbol klubu istisna olmaqla. Belədə isə bütün güc düşür Tofiq Bəhrəmov adına milli stadiona. Artıq o klub qalmayıb ki, burada ev oyunu keçirməsin. Stadionun ot örtüyü ərəb səhralarını xatırladır.  İndi nəzərə alanda ki, Azərbaycan futbol tarixinin  tam böyük hissəsi bu stadionla baglıdır, nəzərə alanda ki, ölkənin əsas milli komandası dünya səviyyəli oyunlarını bu stadionda keçirir, onda heç olmazsa futbol tariximizə hörmət əlaməti olaraq bu stadionun milli qoruq elan olunmasına dair təklif  yerinə düşər.  Bu stadionun hər bir qarışı əsl tarixdir.  Biz onun ərəb səhrasına çevrilməsinin qarşısının alınmasına çalışmalıyıq. Ən azı  Tofiq Bəhrəmovun, Anatoli Banişevskinin, Ələkbər Məmmədovun və futbolumuzun xatirinə...”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi