Modern.az

Elçin Əmiraslanov aclığı dayandırıb

Elçin Əmiraslanov aclığı dayandırıb

Qarabağ

6 Dekabr 2010, 16:43

Penitensiar Xidmətə Nəzarət  üzrə İctimai Komitənin üzvləri Qobustan həbsxanasında olublar

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və üzvləri Zəlihə Tahirova, Elmira Ələkbərova, Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov Qobustan həbsxanasında monitorinq keçiriblər.  Modern.az-ın məlumatına görə, monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib. Eyni zamanda məhkumların fərdi qəbulu həyata keçirilib

Komitə üzvləri ömürlük məhkum Elçin Əmiraslanovla görüşub, onun vəziyyəti ilə maraqlanıblar. Komitə üzvləri ilə söhbətən sonra Elçin Əmiraslanov açlığı dayandırıb. Komitənin koordinatoru Əliməmməd Nuriyev həbsxana müdriyyəti və həkimdən Elçin Əmiraslanovdan qan analizlərinin götürülməsini, onun vərəm və hepatit C xəstəliklərinə yoluxub-yoluxmadığının yoxlanmasını xahiş edib. Həbsxana rəhbərliyi bu təklifə müsbət yanaşaraq, bunun tez bir zamanda  həyata keçiriləcəyini bildirib. Eyni zamanda bildirilib ki, bu il Elçin Əmiraslanov öz yaxınları ilə üç dəfə qısamüddətli və bir dəfə də uzunmüddətli görüş keçirib. Yaxın müddətdə o, yenidən oz yaxınları ilə görüşə biləcək.

Komitə üzvləri həmçinin, ömürlük azadlıqdan məhrum edilmiş digər məhkum Şakir Rzaxanovla da görüşüblər. Ş.Rzaxanov Komitə üzvlərinə hər hansı problemlə bağlı rəsmi şəkildə heç bir müraciət etməyib. Komitə üzvləri onun məktub yazışmalrı ilə maraqlanıblar. Həbsxana müdiriyyəti onun 01.01.2010-cu il tarixdən 13.10.2010-cu ilə tarixədək yazışmaları ilə bağlı arayış təqdim edib. Bu sənəddən məlum olub ki,  Şakir Rzaxanov bu müddət ərzində 44 məktub yazıb, 30 məktub qəbul edib.

Komitə üzvləri  ömürlük azadlıqdan məhrum edilmiş digər məhbus Zaur Həziyevlə də görüşüblər. O,  heç bir problemlə üzləşmədiyini, hər şeyin normal olduğunu bildirib.

Ümumilikdə isə Komitə üzvləri 19 məhkimla görüşüblər, onlarla söhbət aparıblar. 

Komitə üzvlərinə həbsxanada cəzaçəkən  məhkumlarla bağlı məlumat da verilib. Hazırda həbsxanada 24 nəfər qeyddiyatda olan əlil var, 3 nəfər  yaş həddinə görə pensiya alır.  Məhkumlardan 29 nəfəri isə xarici ölkə vətəndaşıdır.

Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır