Modern.az

Azərbaycanda internet-medianın monitorinqinə başladılar

Azərbaycanda internet-medianın monitorinqinə başladılar

7 Dekabr 2010, 13:14

Söz Azadlığını Müdafiə Fondu (SAMF) internet-medianın monitorinqinin reallaşdırılmasına start verib. Modern.az-ın məlumatına görə, bir ay ərzində davam edəcək monitorinq zamanı ölkəmizdə müasir KİV sahəsi olan internet-medianın kütləvi informasiya vasitəsi kimi bir neçə parametrdən təhlil edilməsi planlaşdırılıb. Belə ki, monitorinq zamanı onların ayrı-ayrılıqda  media qurumu kimi ölkə vətəndaşlarının informasiyaya olan tələbatını ödəməsi baxımından fəaliyyətləri, internet-media orqanlarında gündəlik informasiyaların həcmi, xəbərlərin  yerləşdimə intervalı nəzərdən keçiriləcək. Habelə yerləşdirilən informasiyalarda siyasət,  iqtisadiyyat,  reklam, kriminal və  əyləncə xəbərlərinə  yer ayrılması təhlil ediləcək, o cümlədən xəbərlərin hazırlanmasında peşəkarlıq, operativlik, iri həcmli yazılarda milli-mənəvi dəyərlərə söykənən problemlərinin analizi  və  Azərbaycan dilinin saflığının internet-mediada qorunması  məsələlərinə xüsusi diqqət yetiriləcək.  

Xatirladaq ki, bir müddət əvvəl fondun əməkdaşları KİV-lərə məxsus internet resursların monitorinqini həyata keçirmişdi.

Qeyd edək ki, artıq reallaşdırılmasına başlanılan layihənin mütəxəssislərin geniş fikir mübadilələri ilə dəyirmi masada yekunlaşdırılması nəzərdə tutulur.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?