Modern.az

«Jurnalistlərin dostu» mükafatı ilin sonunda təqdim edəcək

«Jurnalistlərin dostu» mükafatı ilin sonunda təqdim edəcək

Qarabağ

8 Dekabr 2010, 12:02

«RUH» Azərbacan Jurnalistləri Müdafiə Komitəsinin «Jurnalistlərin dostu» mükafatı ilin sonuna kimi yeni sahibini tapacaq. Komitə mükafatın əsasnaməsindən irəli gələn vəzifələrin icrasına başlayıb.

Modern.az-ın məlumatına görə, mükafatın sahibini müəyyənləşdirəcək sorğu televiziya və radiolar da daxil olmaqla ölkənin aparıcı, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri, həmçinin jurnalist təşkilatları və internet xəbər resurslarının təmsilçiləri arasında keçirilir. Gündəlik qəzetlər, informasiya agentlikləri, televiziyalar 2, həftəlik qəzetlər, jurnallar, jurnalist təşkilatları, radiolar və internet xəbər resursları 1 anket vərəqi ilə təmin olunurlar. Anonim xarakter daşıyacaq sorğuda respondentlərə «2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?» sualı ünvanlanır. Yeni il ərəfəsində mükafatın sahibinin kimliyi məlum olacaq və adı təntənəli mərasimdə açıqlanacaq.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.

Qeyd edək ki, «RUH» AJMK-nın «Jurnalistlərin dostu» mükafatının təsisindən məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü