Modern.az

“QHT-lərin bir çoxu elə hesab edir ki, onlar sərbəstdirlər...”

“QHT-lərin bir çoxu elə hesab edir ki, onlar sərbəstdirlər...”

Qarabağ

8 Dekabr 2010, 13:13

Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyət göstərdiyi  3 il ərzində yalnız bir layihənin icrasını yarımçıq dayandırıb. Bu barədə Modern.az saytına Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT layihələrinin icra vəziyyəti il bağlı mənzərəni şərh edərkən bildirib.

Yarımçıq dayandırılmış layihə isə “Azəri Yurdu” İctimai Birliyinin olub. Şura 2008-ci ildə təşkilatın layihəsini maliyyələşdirib. Lakin həmin təşkilat layihənin aralıq dövr üçün hesabatını gecikdirib və nəzərdə tutulmuş vaxtda təqdim etməyib. Ona yazılı şəkildə  xəbərdarlıq olunsa da, İctimai Birlikdən heç bir cavab ala bilməyiblər. Budan sonra Şura həmin təşkilata ikinci ödənişin dayadırılması barədə qərar qəbul edib. F.Qurbanovun sözlərinə görə, ümumilikdə icra olunmamış layihə yoxdur. Amma bütun bunlara baxmayaraq, zəif və yaxşı icra olunmuş layihələr var.
"QHT-lərə Dövlət Dəstəyi Şurası layihələrlə bağlı təşkilatlara yardım göstərir" deyən F.Qurbanovun sözlərinə görə, bəzi QHT-lərin layihənin icrasında təcrübəsizliyi olur və bu da təbii hal kimi qəbul edilib.

“Təşkilatların böyük əksəriyyəti yeni yaranıb. Həmçinin bunların bir çoxu ilk dəfədir layihə icra edirlər. Təcrübəsizlik təbii ki, var. Amma ümumiyyətlə layihənin  icra olunmaması  məsələsi ola bilməz. Belə bir məsələ olduğu halda, biz dərhal Şuraya  katiblik olaraq bu haqda məlumat veririk və həmin təşkilatın vəsaitinin  maliyyələşmə məsələsi dayandırılır. Bu təşkilat Şuranın əsasnaməsinə uyğun olaraq iki il maliyyə yardımından məhrum edilir”.

F.Qurbanov deyir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası layihəni maliyələşdiyi ilk gündən son hesabata qədər icra prosesini nəzarətdə saxlayır. Katibliyin əməkdaşları ayrı-ayrı istiqamətlər üzrə təhkim olunublar və həmin istiqamətlər üzrə maliyyələşən layihələrin icrasına nəzarət edirlər. Dövlət Dəstəyi Şurasının ən böyük narahatçılığı QHT-lərdə kargüzarlıq işinin aşağı səviyyədə aparılması və mühasibatlığın çox zəif olması sarıdandır.

Şuranın katibliyi intensiv olaraq milli mühasibat uçotu standartlarının tətbiqi, muhasibat uçotunun aparılması ilə bağlı həm təlimlər keçirir, həm də davamlı olaraq özünün məsləhətlərini verir.

“QHT-lərin bir çoxu elə hesab edir ki, onlar sərbəsdirlər və heç bir təşkilatı məsuliyyət hiss etmirlər. Amma təşkilatlanmış, hüquqi şəxs adını almış hər bir təşkilat qanuna müvafiq idarə olunmalıdı və onun kargüzarlıq işləri qanuna uyğun həyata keçirilməlidi. Biz də layihələrin monitorinqi zamanı onlara xüsusi diqqət veririk”-deyən F.Qurbanovun sözlərinə görə, Şura lazım olan bütün texniki köməkliklərini QHT-lərə göstərir.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır