Modern.az

Ədliyyə Nazirliyi yeni İctimai Birliyi qeydiyyata alıb

Ədliyyə Nazirliyi yeni İctimai Birliyi qeydiyyata alıb

Qarabağ

9 Dekabr 2010, 10:35

21 sentyabr 2010-cu ildə təsis olunmuş “Əqli  Mülkiyyət və İnnovasiya” İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınıb.  Bu barədə Modern.az-a İctimai Birlikdən məlumat verilib.

Dekabrın 8-də “Əqli  Mülkiyyət və İnnovasiya”  İctimai  Birliyi üzvlərinin Ümumi yığıncağı keçirilib və bir sıra təşkilati məsələlərə baxılıb. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Əminağa Bəhmən oğlu Sadıqov “Əqli  Mülkiyyət və İnnovasiya”  İctimai Birliyinin sədri seçilib.

İctimai Birliyin əsas vəzifəsi cəmiyyətdə elmi əməyin nüfuzunun artırılmasına, əqli mülkiyyət hüquqlarının qorunmasına və innovasiya fəaliyyətinin inkişaf etməsinə xidmət etməkdir.


Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır