Modern.az

Vüqar Səfərli: "Elan verəcəyik ki, hansı jurnalistlər mənzillə bağlı müraciət edə bilərlər"

Vüqar Səfərli: "Elan verəcəyik ki, hansı jurnalistlər mənzillə bağlı müraciət edə bilərlər"

Qarabağ

9 Dekabr 2010, 14:59

“Jurnlaistlər üçün evlərin təməlqoyması bizdən asılı olmayan səbəblərdən gecikir”

Dekabrda jurnalistlərə tikiləcək yaşayış evlərinin təməli qoyulmalıydı, amma qələm əhli deyəsən bu ay həmin hadisəyə şahidlik edə bilməyəcəklər. 
“Jurnalistlər üçün tikiləcək evlərin təməlqoyma mərasimi bizdən asılı olmayan səbəblər üzündən gecikir”. Bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  icraçı direktoru Vüqar Səfərli Modern.az saytına jurnalistlər üçün mənzillərin tikilməsi prosesinin vəziyyəti ilə bağlı açıqlamasında bildirib.

“Tikiləcək evlərin layihələrin təsdiqi ilə bağlı işlərimiz bir az ləngiyib. Evlərin layihələri təsdiq olunmalıdır ki, biz ondan sonra digər işləri görək. Hal-hazırda layihələr işlənib hazırlanıb. İndi bu layihələrin razılığı verilməlidi ki, biz qalan işlərimizi görək”-deyə V.Səfərli deyib.

Onun sözlərinə görə, jurnalistlərə tikiləcək binanın təməltökmə mərasiminin vaxtı barədə mətbuata məlumat verəcəklər.

V.Səfərli bildirib ki, Fond hazırda mənzillə bağlı jurnalistlərin müraciətini qəbul etmir.
“Biz heç bir müraciət qəbul eləmirik. Çunki tikiləcək evlərlə bağlı kriteriyalar hələ müəyyənləşməyib. Bu kriteriyalar müəyyən edildikdən sonra elan edəcəyik ki, hansı jurnalistlər mənzillə bağlı müraciət edə bilərlər. Hazırda heç bir müraciət qəbul etmirik”-deyə KİVDF rəhbəri vurğulayıb.

Bu ilin iyul ayında Milli Mətbuatın 135 illiyi münasibətilə prezident İlham Əliyev özünün ehtiyat fondundan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutan sərəncam imzalayıb. Elə həmin vaxtdan da bu vəsaitə neçə mənzil tikmək və nə qədər jurnalisti evlə təmin etməyin mümkünlüyü barədə müzakirələr gedir, araşdırmalar aparılır. Fondun icraçı direktoru Vüqar Səfərli bir neçə ay öncə mətbuata açıqlamasında bu məqsəd üçün hər mərtəbədə 4-5 mənzil olmaqla bir 16 mərtəbəli binanın inşa ediləcəyi bildirmişdi.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır