Modern.az

Qəzetlərin dizaynı onların daha çox satılmasına kömək edirmi?

Qəzetlərin dizaynı onların daha çox satılmasına kömək edirmi?

Mədəni̇yyət

30 Noyabr 2010, 09:31

Tərəfsiz Jurnalistlər Birliyi qəzet tərtibatına dair ekspert sorğusu keçirib

Azərbaycanda qəzetlərin dizaynı beynəlxalq standartlara nə dərəcədə cavab verir? Bu mövzu ilə bağlı bir sıra suallara  cavab tapmaq üçün Tərəfsiz Jurnalistlər Birliyi KİV nümayəndələri, jurnalist təşkilatı üzvləri və redaktorlar arasında sorğu keçirib.

50 nəfər arasında keçirilən sorğu iştirakçılarının əksəriyyəti (57 faizi) qeyd edib ki, qəzet alarkən onun görünüşünə önəm verirlər. Respondentlərin təxminən 28 faizi qəzet alanda bu nəşrin adətən həqiqətə uyğun informasiya dərc etdiyini də nəzərə alırlar.

Hansısa yeni qəzet və ya jurnal alanda, onun tərtibatına önəm verirsinizmi? Bu sualı cavablandıran sorğu iştirakçıların xeyli hissəsi qeyd edib ki, Azərbaycanda çıxan yeni nəşrə alanda mütləq onun tərtibatına diqqət yetirirlər. Sorğu suallarını cavablandıranların 49 faizi qeyd edib ki, yerli qəzetlərdə hansısa məqalə üçün seçilən tərtibat, onun elementləri (foto, başlıq, yazının şrifti, ayırmalar və s.) çap edilən materialın məzmununa qismən uyğun gəlir.

Sorğu iştirakçılarının əksəriyyəti hesab edir ki, yerli qəzet dizaynında kontrastlıq qismən qorunur. Onlar adətən yazının yanındakı şəklə diqqət yetirdiklərini bildiriblər.

Respondentlərin əksər hissəsi qeyd edib ki, qəzet və ya jurnal səhifəsinin tərtibatı orda yerləşdirilən məqalələrin oxucu tərəfindən daha yaxşı qavranmasına səbəb olur. Ekspertlər “Qəzet səhifəsinin tərtibatı orda dərc edilən məqalələrin mövzusunun aktuallığını ortaya qoyurmu” sualına əsasən “buna cəhd edilir” cavabını seçiblər.  

Sorğu iştirakçılarının 83 faizi qeyd edib ki, hər bir qəzetin özünəməxsus dizaynı olmalıdır. Və tərtibat qəzetin ümumi stilinə uyğunlaşdırılmalıdır. Sorğu iştirakçılarının əksəriyyəti hesab edir ki, qəzetlərin daha yaxşı tərtibatı onların daha çox satılmasına təsir göstərə bilər. Lakin 14 faiz respondentlər Azərbaycanda dizaynın qəzet satışına təsir etmədiyini bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı