Modern.az

Arzum Xəlilova "Eurovision 2011" Milli Seçim turunun növbəti qalibi oldu

Arzum Xəlilova "Eurovision 2011" Milli Seçim turunun növbəti qalibi oldu

11 Dekabr 2010, 10:44
Dekabrın 10-da İctimai Televiziyanın canlı efirində keçirilən "Eurovision 2011" Milli Seçim turunun növbəti həftəsinin qalibinin məlum olub.
Modern.az
xəbər verir ki, müğənni Arzum Xəlilova finala vəsiqə qazanan növbəti iştirakçı olub.

Arzum həm münsiflərin, həm də taşamaçıların səsverməsi nəticəsində final mərhələsinə vəsiqə qazanıb.
O, 50% münsiflər heyətinin, 50% isə tamaşaçı səsverməsinə görə seçilib. Səsvermənin nəticələri aşağıdakı kimi olub.

Arzum Xəlilova – 12 xal
Aydan Rüstəmova – 10 xal
Səbinə Babayeva – 8 xal
Cavanşir Hacıyev – 7 xal
Rəhimə Həsənəlizadə - 6 xal
Çinarə Nəzərli – 5 xal
Ramin  Quliyev – 4 xal
Emilya Yaqubova – 3 xal
Milan Məmmədov – 2 xal
Səid İsmayılzadə - 1 xal
Leyla Dadaşova – 0 xal

Beləliklə Milli Seçimin finalında yarışacaq iştirakçıdan 5-i artıq məlumdur. Bunlar Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley və Arzum Xəlilovadır.  Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi finala vəsiqə qazanan ifaçılar  arasından seçiləcək.
Qarşıdakı müddətdə Milli Seçim turunun daha 3 həftəsi keçiriləcək. Hər həftə 11 namizəd öz istedadını nümayiş etdirəcək.  Deməli daha 3 iştirakçı finala seçilməlidir.

Qeyd edək ki, "Eurovision 2011" müsabiqəsi gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir