Modern.az

Aygün Kazımovaya qarşı təxribat hazırlanır?

Aygün Kazımovaya qarşı təxribat hazırlanır?

Təhsil

5 Mart 2016, 00:44


Müğənni Aygün Kazımova bu gün qonaq olduğu radio verilişlərindən birində ona olunan təxribatlardan danışıb. Modern.az saytı Publika.az-a istinadən xəbər verir ki, müğənni bu təxribatların hələ illər əvvəl start götürdüyünü xatırladıb:  “İllər əvvəl layihələrimdən birinin təqdimat mərasimi idi. Birdən qarşıma  çılpaq xanımların şəklini qoydular. Şəkillərdən birinə mənim başımı qoymuşdular. Montaj işi təzə başlayırdı. Şəkillərə baxıb təəssüfləndim ki, heyif, bu, mənim bədənim deyil. Xanımların çox gözəl bədəni var idi. Bu yaxınlarda isə qızımla bağlı xəbər çıxartdılar. Guya qızımın çılpaq rəqs etdiyi video yaydılar. Baxanlar da yazırdı ki, bu, axı qadın bədəni deyil”.

A.Kazımova belə təxribatların davamı olacağını da deyib: “Hələ bu yaxınlarda bir xəbər də çıxacaq. İndidən deyim, media işçiləri bilsin. Bir qrup mənə qarşı təxribat hazırlayır. Guya üzdəniraq qonşularımız ilə şəkil çəkdirmişəm. Bir onu deyim ki, erməniyə güllə atan, erməni ilə dostluq etməz. Amma bu xəbər də bu yaxınlarda çıxacaq. Mən belə şeylərə gülürəm. Başa düşürəm ki, “Aygün” sözünün sinonimi “gündəm”dir, “reytinq”dir, reklamdır. Bu xəbəri çıxardan insanların halına acıyıram”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...