Modern.az

20 nəfərin xəsarət aldığı qəza qurbanlarından 4-ü xəstəxanadadır

20 nəfərin xəsarət aldığı qəza qurbanlarından 4-ü xəstəxanadadır

Təhsil

5 Mart 2016, 10:08


Dünən Bakıda aeroport yolunda baş verən zəncirvari qəzada xəsarət alan xəstələrin vəziyyəti stabildir. Bu barədə Modern.az-a açıqlamasında 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov deyib. O qeyd edib ki, hazırda xəstəxanada 4 xəstə müalicə alır, onlar da bu gün evə buraxılacaq.

“Qəza nəticəsində ciddi travma alan olmayıb. Xəstəxanada 3-4 xəstə qalıb ki, onların vəziyyəti yaxşıdır və bu gün evə buraxılacaq”.

Qeyd edək ki, dünən paytaxtda aeroport yolunda "Daewoo" markalı 160 saylı sərnişin avtobusu ilə 90 EJ 930 dövlət nömrə nişanlı "Toyota Prado", 99 EE 706 dövlət nömrə nişanlı "Chevrolet", “VAZ 2109” və daha bir neçə maşın toqquşub. Zəncirvari qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı