Modern.az

Biləsuvar gömrük məntəqəsindəki ölümlə bağlı rəsmi AÇIQLAMA

Biləsuvar gömrük məntəqəsindəki ölümlə bağlı rəsmi AÇIQLAMA

Təhsil

5 Mart 2016, 10:55



Martın 4-də İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı neytral ərazidə Azərbaycan Respublikası vətəndaşı Qasımov Elşən Məmmədhəsən oğlu səhhətində yaranan problemlə əlaqədar dünyasını dəyişib. Bəzi kütləvi informasiya vasitələrində Elşən Qasımovun ölümünə Biləsuvar Gömrük İdarəsinin ərazidəki gömrük keçid məntəqəsində yaranan sıxlığın səbəb olduğu barədə məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti bunu həqiqətə uyğun olmayan məlumat adlandırıb:

“Qeyd edək ki,  martın 4-də sözügedən  gömrük keçid məntəqəsində ümumiyyətlə sıxlıq müşahidə olunmayıb və bədbəxt hadisə də məntəqənin ərazisində deyil neytral zonada baş verib. Belə ki, piyada yolla İran İslam Respublikasından Azərbaycana gələn Biləsuvar rayon Abazovka kənd sakini 52 yaşlı Qasımov Elşən Məmmədhəsən oğlunun  səhhəti iki ölkə arasındakı neytral zonada  qəfil pisləşib. Gömrük keçid məntəqəsinin  əməkdaşları dərhal əraziyə təcili tibbi yardım briqadası çağırsa da Elşən Qasımovun həyatını xillas etmək mümkün olmayıb. Hadisə ilə bağlı hüquq mühafizə orqanları müvafiq araşdırmalar aparır və olümün səbəbi də araşdırmalardan sonra məlum olacaq”,-deyə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...