Modern.az

Azərbaycanda videokameralar vasitəsi ilə 12825 hadisə aşkarlanıb

Azərbaycanda videokameralar vasitəsi ilə 12825 hadisə aşkarlanıb

Təhsil

7 Mart 2016, 16:33


2015-ci ildə videomüşahidə vasitələrinin tətbiqi ilə 12825 hadisə aşkarlanıb. Modern.az saytının məlumatına görə bu haqda Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, nəticədə 81 cinayət işi açılıb, 11713 yol-nəqliyyat hadisəsi (22-ü piyadaların vurulması), 360 fakt ictimai asayişin pozulması, 6 avtoxuliqanlıq, 117 yanğın, hərəsi bir fakt olmaqla qəsdən adam öldürmə və oğurluq, 626 digər hadisə müəyyən edilib.

“Nömrətanıma” sistemi vasitəsilə axtarışda olan 11 və digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 40 nəqliyyat vasitəsi müəyyənləşib.

Hesabatda qeyd edilib ki, “102” xidmətinə 269797, o cümlədən 21062 cinayət xarakterli məlumat daxil olub.

Onlardan 19,1 faizi üzrə cinayət işi başlanıb.

193 cinayət, o cümlədən 37 qəsdən adam öldürmə, 4 qəsdən adam öldürməyə cəhd, 7 quldurluq, 13 qəsdən sağlamlığa zərər vurma, 5 soyğunçuluq, 7 nəqliyyat vasitəsinin qaçırılması, 37 oğurluq, 56 oğurluğa cəhd və s. “isti izlərlə” açılıb.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır