Modern.az

Azərbaycanda xərçəng xəstələrinin sayı çoxalıb

Azərbaycanda xərçəng xəstələrinin sayı çoxalıb

Təhsil

7 Mart 2016, 16:43


Onkoloji xəstələrin sayı hər 100 min nəfərə 2014-cü ilə (101,0) nisbətən 2015-ci ildə (106.8) bir qədər artıb. Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd edilib.

Hesabat ilində 606 nəfər xəstədə angioplastika, 820 nəfərdə açıq, 151 nəfərdə qapalı ürək əməliyyatı aparılıb. 

“316 uşağa kardiocərrahiyyə yardımı göstərilib. Ölkə üzrə peyvənd planı təxminən 95-97 faiz yerinə yetirilib. 2015-ci il ərzində qızılca, məxmərək, difteriya, göyöskürək xəstəlikləri qeydə alınmayıb, epidemik parotitə yoluxma hadisəsi 2014-cü illə müqayisədə 33 faiz azalıb”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır