Modern.az

Sevil Əliyevadan azərbaycanlı xanımlara MESAJ

Sevil Əliyevadan azərbaycanlı xanımlara MESAJ

Təhsil

7 Mart 2016, 18:39


Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva sosial şəbəkə vasitəsilə azərbaycanlı xanımları təbrik edib. Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz xanımlar!
Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı arzulayıram. Qoy xoşbəxtlik sizi ömrünüz boyu müşayiət etsin və könlünüz daima sevinclə dolsun. Bayramınız mübarək!
Hörmətlə, Sizin Sevil Əliyeva!”.

Modern.az-ın məlumatına görə, Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.

O, həm də Space” Televiziyasının qurucusudur.
S.Əliyeva “Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır